29 avqust 2026. Şənbə

“Beşiktaş” “Yuventus”un futbolçusunu transfer etdi


“Beşiktaş” “Yuventus”un futbolçusunu transfer etdi

“Beşiktaş” İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Fabio Mirettini icarəyə götürüb.

90deqiqe.Az-ın məlumatına görə, Türkiyə təmsilçisi 22 yaşlı futbolçunun transferi ilə bağlı Turin klubu ilə razılığa gəlib. Müqaviləyə Mirettinin transfer hüquqlarının satın alınması opsiyası da daxil edilib.

“Peşəkar futbolçu Fabio Mirettinin satınalma opsiyalı müvəqqəti transferi ilə bağlı “Yuventus” klubu ilə razılığa gəlinib”, – “Beşiktaş”ın yaydığı açıqlamada bildirilib.

“Yuventus” isə keçidin maliyyə detallarını açıqlayıb. Belə ki, İstanbul klubu yarımmüdafiəçinin bir mövsümlük icarəsi üçün 2 milyon avro ödəyəcək.

Müqavilədə futbolçunun transfer hüquqlarının 13 milyon avroya satın alınması opsiyası nəzərdə tutulub. Bu məbləğin 3 hissədə ödənilməsinin mümkün olduğu bildirilib.







Xəbər news