31 avqust 2026. Bazar ertəsi

Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib - VİDEO


Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib - VİDEO

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin ənənəvi sərgisi və yürüşü keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, tədbir çərçivəsində əvvəlcə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunub.

Daha sonra avtomobillərin iştirakı ilə “Sea Breeze” istiqamətində yürüş keçirilib.

Proqramın növbəti hissəsində “Marina Bay”də klassik avtomobillərin sərgisi baş tutub. Tədbir zamanı yürüş iştirakçıları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib və qaliblər mükafatlandırılıblar.

Günün sonunda tədbir iştirakçıları üçün musiqili proqram təqdim olunub.







Xəbər news