6 dekabr 2025. Şənbə

Emil Balayevli Tobol uduzdu - VİDEO


Emil Balayevli Tobol uduzdu - VİDEO
Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Ordabası” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlub olub – 1:2.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, “Tobol” hazırda 59 xalla 2-ci pillədə qərarlaşıb.






Xəbər news