2 fevral 2026. Bazar ertəsi

Ən yaxşı gənc futbolçu kim olacaq?


Ən yaxşı gənc futbolçu kim olacaq?

“France Football” ilin ən yaxşı gənc futbolçusu adına namizədləri açıqlayıb.

Corner.az xəbər verir ki, nəşr 10 futbolçunu bu mükafata daxil edib.

Belə ki, 2019-cu ilin ən yaxşı gənc futbolçusu Samuel Çukvueze (“Vilyarreal”, Nigeriya), Matteys de Liqt (“Yuventus”, Hollandiya), Matteo Qenduzi (“Arsenal”, Fransa), Joao Feliks (Atletiko Madrid, Portuqaliya), Kay Haverts (“Bayer”, Almaniya), Li Kan İn (“Valensiya”, Cənubi Koreya), Moyze Kin (“Everton”, İtaliya), Andrey Lunin (“Valyadolid”, Ukrayna), Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə) və Vinisius Juniordan (“Real”, Braziliya) biri seçiləcək.

Mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə baş tutacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO