26 sentyabr 2026. Şənbə

Bakıda Formula 1 çərçivəsində klassik avtomobillər sərgilənir


Bakıda Formula 1 çərçivəsində klassik avtomobillər sərgilənir

Bakının 10-cu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən sərgidə Formula 1-in fan zonasını ziyarət edən azarkeşlər müxtəlif dövrlərə aid retro avtomobillərlə tanış ola bilərlər.

Sərgi Formula 1-in sürət və həyəcan dolu atmosferini tamamlayaraq, ziyarətçilərə avtomobil tarixinin müxtəlif mərhələlərinə nəzər salmaq imkanı yaradır.







Xəbər news