- Xəbər news
- 01:00 22.01.2026
Libertadores kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Corner.az-ın məlumatına görə, yarımfinalda "Flamenqo" ilə "Qremio" üz-üzə gəlib.
İlk görüşdə 1:1 hesabı ilə bitən görüşün cavab qarşılaşması "Marakana"da baş tutub. İlk hissənin sonlarında hesabı açan "Flamenqo" fasilədən sonra rəqib qapısından daha 4 qol keçirib və finalda "River Pleyt"ə rəqib olub. Argentina klubu yarımfinalda bu ölkənin digər təmsilçisi "Boka Xuniors"u üstələyib.
Qeyd edək ki, final matçı noyabrın 24-də Buenos Ayresdə keçiriləcək.