- Xəbər news
- 18:45 05.10.2026
Azərbaycanda səfərdə olan FIFA-nın prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış futbol forması və top hədiyyə edib.
90deqiqe.Az-ın məlumatına görə, FIFA prezidenti bu hədiyyələri bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən təqdim edib.
Canni İnfantino, həmçinin xatirə hədiyyəsi olaraq dövlət başçısına FIFA-nın rəmzi sarı və qırmızı vərəqələrini, eləcə də vımpelini bağışlayıb.