29 sentyabr 2026. Çərşənbə axşamı

Canni İnfantino Prezident İlham Əliyevə təşəkkür edib


Canni İnfantino Prezident İlham Əliyevə təşəkkür edib

FIFA prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 56 yaşlı funksioner bu barədə “Instagram” hesabında paylaşım edib.

Canni İnfantino Bakıda Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edib və FIFA-ya göstərdiyi dəstəyə, tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına ev sahibliyinə görə dövlət başçısına təşəkkür edib.

FIFA prezidenti paylaşımında İlham Əliyevin gənclərə imkan yaradılması və icmaların birləşdirilməsində futbolun rolunu yaxşı dərk etdiyini bildirib.

İnfantino, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə futbolun inkişafı istiqamətində layihələri davam etdirərkən Prezident İlham Əliyevin dəstəyini hiss etməkdən məmnun olduğunu qeyd edib.







Xəbər news