1 oktyabr 2026. Cümə axşamı

Güləş Federasiyasının prezidenti dünya çempionu olan Azərbaycan millisinin üzvlərini təbrik edib


Güləş Federasiyasının prezidenti dünya çempionu olan Azərbaycan millisinin üzvlərini təbrik edib

Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə Azərbaycan milli komandası tarixi uğura imza atıb.

 90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub.Bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.

Mikayıl Cabbarov bu uğurun əldə olunmasında baş məşqçi Oyan Nəzəriyaninin də rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçiləri, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayır.







Xəbər news