3 oktyabr 2026. Şənbə

Rəşad Nəbiyev Marius Vizeri “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib


Rəşad Nəbiyev Marius Vizeri “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

90deqiqe.Az-ın məlumatına görə, ACF rəhbəri bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdonun inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordeni ilə təltif edilib.

Rəşad Nəbiyev paylaşımında bildirib:

“Dəyərli həmkarımı bu yüksək təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayıram. Cüdo idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.







Xəbər news