17 dekabr 2025. Çərşənbə

Dadaşovun komandasından növbəti xal itkisi


Dadaşovun komandasından növbəti xal itkisi
Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda “Rio Ave” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. 






Xəbər news