16 oktyabr 2026. Cümə

Prezident İlham Əliyev dörd paralimpiyaçını “Tərəqqi” medalı ilə təltif edib


Prezident İlham Əliyev dörd paralimpiyaçını “Tərəqqi” medalı ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, sərəncama əsasən, Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə Elvin Astanov, Ramil Qasımov, Pərvin Məmmədov və Oloxan Musayev “Tərəqqi” medalı ilə təltif olunublar.

Elvin Astanov və Oloxan Musayev nüvə itələmə, Ramil Qasımov paracüdo, Pərvin Məmmədov isə parapauerliftinq üzrə əldə etdikləri nailiyyətlərlə tanınırlar.







Xəbər news