26 mart 2026. Cümə axşamı

Messi dünyanın, Maradona tarixin ən güclüsüdür - Batistuta


Messi dünyanın, Maradona tarixin ən güclüsüdür - Batistuta

Argentina millisinin əfsanəvi futbolçusu Qabriel Batistuta sabiq komanda yoldaşı Dieqo Maradona və "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb.

Corner.az xəbər verir ki, bu barədə ölkə mətbuatına müsahibəsində danışan argentinalı veteran futbolçu Maradonanın Messidən daha yaxşı olduğunu hesab edib:
 
"Maradona bir çox aspektlərdə tarixin ən yaxşısıdır. Ola bilər ki, Messi texniki cəhətdən güclüdür. Mənə görə də Messi dünyanın ən yaxşısıdır. Amma Maradona tarixin ən güclüsüdür. Bu sadəcə, mənim fikrimdir. Başqaları fərqli düşünə bilər".

Qeyd edək ki, Q. Batistuta karyerası ərzində “Roma”, “İnter”, “Fiorentina” kimi komandalarda çıxış edib. O, milli komandada çıxdığı 78 oyunda 54 qol vurub.(qol)







Xəbər news