Qazaxıstan çempionatında 31-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə lider “Kayrat”ın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.