Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider Donetsk “Şaxtyor”un qonağı olub. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
Bu, itkisiz irəliləyən “Şaxtyor”un cari mövsümdəki ilk xal itkisi olub.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana çıxıb.
“Aleksandriya” 12 turdan sonra 20 xalla 5-ci pillədə qərarlaşıb.