- Xəbər news
- 22:11 05.12.2025
Hollandiyanın AZ klubunun futbolçusu Pantellis Hatsidiakosun PSV ilə səfər oyununda dişləri qırılıb.
Corner.az-ın məlumatına görə, PSV-nin yunanıstanlı futbolçusu Konstantinos Mitroqlu matçın 80-ci dəqiqəsində həmyerlisinin çənəsinə dirsəyi ilə vurub.
Toqquşma nəticəsində Alkmaar təmsilçisinin 22 yaşlı müdafiəçisi iki dişini itirib.
Qeyd edək ki, qarşılaşma AZ klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Müqavilə ilə "Olimpik Marsel"ə məxsus olan Konstantinos Mitroqlu ötən mövsümün ikinci yarısında icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda oynayıb.