- Xəbər news
- 22:11 05.12.2025
Hollandiyanın “Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib.
Corner.az xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə bu addımı atıb.
Hollandiyalı mütəxəssis öllkəsinin mətbuata açıqlamasında bu qərarının hər kəs üçün yaxşı olacağını bildirib: "Çox düşünəndən sonra belə bir yekun qərara gəldim ki, getməyim həm klub, həm oyunçular, həm də mənim üçün daha yaxşı olar” - deyə o bildirib.
Qeyd edək ki, Stam bu ilin mart ayında “Feyenoord”da Covanni van Bronxorstu əvəzləmişdi.