Çinin “Quançjou Everqrand” klubu baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefanın dəqiq səbəbi açıqlanmayıb. “Quançjou Everqrand” son üç oyunda qələbə qazana bilməyib.İstefanın bununla əlaqədar olması ehtimalı azdı. Belə ki, sözügedən komanda hazırda Çin çempionatında liderdi.
46 yaşlı mütəxəssisin intizamsız davranışı və klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulması ehtimalı bildirilir..
Qeyd edək ki, italiyalı mütəxəssis Çin klubunu 2017-ci ildən çalışırdırırdı. O, 2014/15 mövsümündə də sözügedən komandaya rəhbərlik etmişdi.