6 dekabr 2025. Şənbə

Maradona komandasını taxtdan idarə etdi


Maradona komandasını taxtdan idarə etdi

"Ximnasiya və Esqrima" klubunun baş məşqçisi Dieqo Maradona futbol üzrə Argentina çempionatının XI turunda "Nyuells Old Boys"la oyun zamanı taxtda oturub.

Corner.az-ın məlumatına görə, əfsanəvi futbolçunun taxtı gözəlliyi ilə diqqət çəkib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Ximnasiya və Esqrima" 3 matçda 2-ci qələbəsini qazanıb.

Qeyd edək ki, Dieqo Maradona 1993/1994 mövsümündə "Nyuells Old Boys"un heyətində 5 oyun keçirib. O, "Ximnasiya və Esqrima"ya sentyabrda baş məşqçi təyin olunub. Bu komanda 11 turdan sonra 7 xalla axırdan 2-ci yeri tutur. Növbəti turda rəqib "Estudiantes" olacaq.







Xəbər news