28 may 2026. Cümə axşamı

Paşayevin komandası 1/4 finalda


Paşayevin komandası 1/4 finalda
Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. 

Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Zarya” ilə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Aleksandriya” 1/4 finala vəsiqə qazanıb.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı