26 noyabr 2026. Cümə axşamı

“Sabah” – “Barselona” oyunu ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar


“Sabah” – “Barselona” oyunu ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar
Rəsmi

UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Barselona” matçı zamanı ictimai asayişin və təhlükəsizliyin qorunması üçün gücləndirilmiş tədbirlər görülüb.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma zamanı polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparıblar.

Stadionda və ətraf ərazilərdə azarkeşlərin təhlükəsizliyi, rahat gediş-gəlişi, eləcə də nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.

Təhlükəsizlik tədbirləri matç başa çatdıqdan sonra da davam etdirilib və bütün azarkeşlər ərazini tərk edənədək nəzarət saxlanılıb.







Xəbər news