- Xəbər news
- 01:00 22.01.2026
Goal.com La Liqada çıxış etmiş ən titullu afrikalı futbolçuların siyahısını dərc edib.
Corner.az saytı xəbər verir ki, həmkarlarımız İspaniya çempionatında çıxış etmiş 5 futbolçunu fərqləndirib.
Belə ki, onlar arasında hazırda "Səbail"in formasın geyinən Maykl Essyen də var. Qanalı yarımmüdafiəçinin 2012-13 mövsümündə "Real"da icarə əsasında çıxış etməsi bu siyahıya düşməsi üçün kifayət edib. "Kral klubu" həmin vaxt onu "Çelsi"dən icarəyə götürmüşdü.
Essyenlə yanaşı, Ceremi, Tomas Nkono, Yaya Ture və Samuel Eto da La Liqada oynamış ən məşhur afrikalı futbolçulardı.
Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti mövsümün sonu başa çatır.