2 fevral 2026. Bazar ertəsi

Neymara görə maaşımızın azaldılmasına razı idik - Pike


Neymara görə maaşımızın azaldılmasına razı idik - Pike

Barselona'nın futbolçusu Jerar Pike PSJ-nin hücumçusu Neymar haqda danışıb.

Corner.az-ın İspaniya mətbuatına istinadən xəbərinə görə, o deyib ki, özü və komanda yoldaşları braziliyalı hücumçunun Kataloniya klubuna qayıtması üçün əllərindən gələni ediblər. Pike Neymar üçün komandanın üzvlərinin hətta maaşlarının azaldılmasına razılıq verdiyini də vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar bu yay La Liqa klubuna qayıtmaq istəsə də, bu reallaşmamışdı.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO