29 yanvar 2026. Cümə axşamı

Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?


Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?
Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq "Arsenal" oyunun hazırlıqlarına başlayıb. 

Cornera qol.az-a istinadən xəbər verir ki, London klubunun zədəli yarımmüdafiəçisi Məsut Özil də artıq sıraya qoşulub.

Son dəfə bir ay əvvəl - noyabrın 11-də "Wolverhampton"la matçda meydana çıxan almaniyalı futbolçu dörd oyunu buraxıb. Türk əsilli futbolçu dünəndən komanda ilə birgə məşqlərə başlayıb. Onun "Qarabağ"la oyunda iştirak edib-etməyəcəyi fiziki hazırlıq üzrə məşqçinin rəyindən asılıdır.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO