26 mart 2026. Cümə axşamı

Messi 3 aylıq fasilədən sonra yenidən millidə


Messi 3 aylıq fasilədən sonra yenidən millidə

Argentina millisinin heyəti açıqlanıb.

Corner.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra milliyə çağırılıb.


Cənubi Amerikanın Futbol Federasiyası “Barselona”nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi səbəb olub.

Qeyd edək ki, Argentina millisi noyabr ayında Braziliya və Uruqvayla yoldaşlıq oyunu keçirəcək.







Xəbər news