6 dekabr 2025. Şənbə

Emil qol buraxdı, Astana çempion oldu


Emil qol buraxdı, Astana çempion oldu

Millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol” bu gün Qazaxıstan çempionatının 32-ci turunda öz meydanında lider “Astana”nı qəbul edib.

Corner.az xəbər verir ki, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Astana” sona 1 tur qalmış altıncı dəfə ölkə çempionu titulunu qazanıb.

Emil Balayev bu matçda 90 dəqiqə meydanda olub.







Xəbər news