6 dekabr 2025. Şənbə

Paşayevin komandasından qələbə


Paşayevin komandasından qələbə
Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Mariupol”u qəbul edib. Futbolçumuzun komandası bu görüşdən inamlı qələbə ilə ayrılıb – 3:1.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək meydanda olub.
 
“Aleksandriya” 13 turdan sonra 23 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news