6 dekabr 2025. Şənbə

Traktor'un oyunu birinci oldu - Transfermarket açıqladı


Traktor'un oyunu birinci oldu - Transfermarket açıqladı

Almaniyanın "Transfermarkt" saytı ötən həftəsonu keçirilən və ən çox azarkeşin stadiondan izlədiyi oyunların  siyahısını dərc edib.

Corner.az-ın məlumatına görə, siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun  "Traktor" - İstiqlal" görüşü (2:4) yer alıb. Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. "Borussiya" (Dortmund) - "Volfsburq" (Bundesliqa, 80 min 200) ikinci , "Real" - "Betis" (La Liqa, 70 min 375) oyunu üçüncü olub.

"Flamenqo" - "Korintians" (Braziliya çempionatı, 64 min 985) 4-cü , "Arsenal" - "Volverhempton" (Premyer Liqa, 60 min 383)  matçı isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, "Traktor" - İstiqlal" qarşılaşmasında təbrizli azarkeşlər “Səhənd” stadionunda Azərbaycanla bağlı şüarlar səsləndirib.(qol)







Xəbər news