- Xəbər news
- 22:11 05.12.2025
Portuqaliya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.
Cornər.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” səfərdə “Belenenseş”in qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Renat bu görüşdə sonadək ehtiyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, “Pasuş de Ferreyra” hazırda 5 xalla 18 komanda arasında 17-cidir.