13 may 2026. Çərşənbə

Həm mövsümün ən yaxşısı, həm də bombardiri seçildi


Həm mövsümün ən yaxşısı, həm də bombardiri seçildi
MLS-də mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

Corner.az xəbər verir ki, bu ada, “Los Anceles”in futbolçusu Karlos Vela seçilib.
 
Bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb. Vela, futbolçular və məşqçilər arasında keçirilən sorğuda 69,61 faiz səslə 1-ci olub.
 
2-ci sırada 14,11 faizlə “Los Anceles Qalaksi”dən Zlatan İbrahimoviç, 3-cü isə 6,97 faizlə “Atlanta Yunayted”dən Jozef Martines olub.
 
Vela həm də, 38 qolla mövsümün bombardiri olub. 30 yaşlı hücumçu MLS-də mövsümün ən yaxşı oyunçusu seçilən ilk meksikalıdır.
 
Vela karyerası ərzində “Çivas”, “Arsenal”, “Real Sosyedad” kimi klublarda çıxış edib. Meksikalı hücumçu 2018-ci ilin yanvarından “Los Anceles”də forma geyinir.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı