31 yanvar 2026. Şənbə

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi


Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi
Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.

Corner.az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik  müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd vaxtından əvvəl ləğv olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. 

Məlumata görə, AFFA üzərinə götürdüyü bu hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış Robert Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO