6 dekabr 2025. Şənbə

Qazaxıstan çempionatı yekunlaşdı - Emilin komandası ...


Qazaxıstan çempionatı yekunlaşdı - Emilin komandası ...

Qazaxıstan çempionatına yekun vurulub.

Corner.az-ın məlumatına görə, sonuncu – 33-cü turun oyununda millimizin qapıçısı Emil Balayevin komandası “Tobol” “Aktobe” ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbəyə sevinib.

Emil bütün sonadək meydanda olub.

Qeyd edək ki, “Tobol” yarışı 63 xalla 4-cü pillədə başa vurduğundan mükafatçılar sırasına düşə biməyib. Birinci yeri 69 xalla “Astana”, ikinci yeri 68 xalla “Kayrat”, üçüncü yeri isə son turda “Taraz”a qalib gəlməklə (3:0) xalını 65-ə yüksəldib bürünc medalı təmin edən “Ordabaşı” tutub.







Xəbər news