Portuqaliya çempionatında 11-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.
Sözügedən komamda öz meydanda “Tondela” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qələbə qazanıb - 1:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 45+1-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, futbolçumuzun komandası hazırda 8 xalla 18 kollektiv arasında 17-cidi.