Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Donetsk “Olimpik”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdə heç-heçə edib – 0:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 54-cü dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 14 turdan sonra 24 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.