6 dekabr 2025. Şənbə

Emil Balayev mövsümün rəmzi komandasında


Emil Balayev mövsümün rəmzi komandasında

Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün rəmzi heyəti məlum olub.

Corner.az xəbər verir ki, jurnalistlər arasında keçirilən sorğuda 18-lik müəyyənləşdirilib.

Onlardan 11-i start, 7-si isə ehtiyat heyətdə göstərilib. "Tobol"da çıxış edən millimizin qapıçısı Emil Balayev də rəmzi 11-likdə yer alıb. O, "Astana"nın qolkiperi Nenad Eriçi qabaqlayaraq, mövsümün rəmzi komandasına düşüb. 

Rəmzi komandanın baş məşqçisi adına isə "Astana" il çempionluq qazanan Roman Qriqorçuk layiq görülüb.







Xəbər news