- Xəbər news
- 01:00 22.01.2026
"Bavariya"nın futbolçusu Robert Levandovski ona qarşı oynayan müdafiəçilərdən ən kobudunun adını açıqlayıb.
Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu "Real"ın kapitanı Serxio Ramosun ən kobud müdafiəçi olduğunu söyləyib.
"Əslində, yaxşı müdafiəçilər də var. Ancaq elələri də var ki, onlara qarşı heç oynamaq istəmirsən. Məslən, Ramos kimi ... O, çox kobud futbolçudur. Düzdür, ona qarşı oynamaq yaxşıdır, ancaq hər zaman səni zədələyə biləcəyindən qorxursan".