- Xəbər news
- 01:00 22.01.2026
"Barselona"nın futbolçusu Lionel Messi karyerasında yalnız bir dəfə rəqibdən forma istəyib.
Corner.az-ın məlumatına görə, bu barədə argentinalı hücumçunun özü "TyC Sports"a açıqlamasında bildirib. 32 yaşlı futbolçu həmin şəxsin hazırda "Real Madrid"in baş məşqçisi olan Zinəddin Zidan olduğunu söyləyib: Mən digər futbolçulardan forma istəmirəm, adətən, onlarla dəyişdirirəm. Amma bir dəfə Zidandan forma istəmişəm. Ümumiyyətlə, rəqib komandalarda argentinalı oynayırsa, onlarla formamı dəyişdirirəm. Kimsə məndən xahiş etməsə, özüm heç kimə belə bir təklif etmirəm".
Qeyd edək ki, bu mövsüm Lionel Messi 11 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda alıb.