12 may 2026. Çərşənbə axşamı

Tobolda qalıram - Emil Balayev


Tobolda qalıram - Emil Balayev

Millimizin qapıçısı Emil Balayev "Tobol"dakı gələcəyi ilə bağlı açıqlama verib.

Corner.az-ın məlumatına görə, sports.kz-ya danışan 25 yaşlı qolkiper müqaviləsinin sonuna qədər Kostanay təmsilçisində qalacağını söyləyib: "Tobol"da qalıram. Klubumla hələ bir illik müqaviləm var".

Qeyd edək ki, E.Balayev Qazaxıstan Premyer Liqasında başa çatan mövsümdə 31 oyunda  22 qol buraxıb. 18 oyunda qapısını toxunulmaz saxlayan qapıçı mövsümün rəmzi komandasına düşüb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı