İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.
Corner.az "Report"a istinadla xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar"."Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov baş vermiş insidentə münasibət bildirib. 46 yaşlı mütəxəssis erməni fanatın qondarma DQR bayrağı ilə meydana soxulmasını pisləyib.
Qeyd edək ki, oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.