6 dekabr 2025. Şənbə

Kavani və Messi arasında qalmaqal - VİDEO


Kavani və Messi arasında qalmaqal - VİDEO

Argentina ilə Uruqvay milliləri arasında keçirilən yoldaşlıq görüşündə xoşagəlməz hadisə baş verib.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Uruqvay millisinin hücumçusu Edinson Kavani ilə Argentina yığmasının kapitanı Lionel Messi arasında qalmaqal yaşanıb.

Epizodların birində sözügedən futbolçular arasında sərt dialoq olub. Kavani həmkarını oyundan sonra "söhbətə" çağırıb, Messi isə "istədiyin zaman" deyə cavab verib. Yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Təl-Əvivdə baş tutan və 2:2 hesabı ilə nəticələnən qarşılaşmada Kavani və Messi hərəyə 1 qol vurub.







Xəbər news