- Xəbər news
- 22:11 05.12.2025
“Barselona” Futbol Akademiyasının idman direktoru Patrik Klyüvert mövsümün əvvəlində “Ayaks”dan “Yuventus”a transfer olunan həmyerlisi Matteys de Liqt haqda açıqlama verib.
Corner.az-ın məlumatına görə, İspaniyanın “Mundo Deportivo” nəşrinə danışan veteran futbolçu 20 yaşlı müdafiəçinin “Yuventus”a keçdiyi üçün peşman olduğunu söyləyib:
“De Liqt çox yaxşı müdafiəçidir. Ancaq düşünürəm ki, o “Yuventus”a transfer olduğu üçün peşmandır. Həyatda çox vaxt vacib qərarlar verməliyik, amma bu qərarlar hər zaman müsbət nəticələnmir”.
Qeyd edək ki, “Ayaks”dan 85 milyon avroya İtaliya təmsilçisinə keçən gənc futbolçu üçün “Barselona” da təklif etmişdi.