İranda ötən həftədən başlayan etirazlar bu ölkənin futbol üzrə yüksək liqasının oyunlarına da təsir edib.
Corner.az xəbər verir ki, bu səbəbdən İran Futbol Federasiyası bəzi oyunları təxirə salmaq qərarına gəlib.
Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi “Traktor”un da oyunu var. Təbriz klubu noyabrın 22-də doğma meydanda “Şəhr Xodro” ilə qarşılaşmalı idi. Amma federasiya bu matçın da etiraz aksiyalarına görə təxirə salındığını açıqlayıb.
Hələlik, təxirə salınan oyunların hansı tarixdə keçiriləcəyi bəlli deyil. Federasiya buna daha sonra qərar veriləcəyini açıqlayıb.
Qeyd edək ki, “Traktor” 17 xalla 5-ci pillədə qərarlaşıb.