6 dekabr 2025. Şənbə

Emil Balayev mövsümün ən yaxşısı seçildi


Emil Balayev mövsümün ən yaxşısı seçildi

Qazaxıstan Premyer Liqasında geridə qalan mövsümün ən yaxşıları açıqlanıb.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, seçilənlər arasında millimizin qapıçısı Emil Balayevində adı var.

Belə ki, "Tobol"da çıxış edən Balayev mövsümün ən yaxşısı qapıçısı adına layiq görülüb. O, mövsümün ən uzun quru seriyasını yaxalamaqla (736 dəqiqə) Qazaxıstan çempionatları tarixinin ilk "beşliy"inə düşməyi bacarıb. Bildirilir ki, Emil debüt mövsümündə etibarlı çıxışı ilə komandanın əsas fiqurlarından birinə çevrilib və qurtarışları komandaya inam verir.

 

Bütün nominasiyaların qalibləri:

Ən yaxşı futbolçu - Marin Tomasov ("Astana")

Mövsümün transferi - Tiqran Barseqyan ("Kaysar")

Ən uğursuz transfer - Erkebulan Tunqışbayev ("Kayrat")

Ən yaxşı gənc futbolçu - Qevorq Nadjaryan ("Şaxtyor")

Mövsümün baş məşqçisi - Andrey Karpoviç ("Okjetpes")

Mövsümün matçı - "Tobol" - "Kayrat" (3:5)

Mövsümün qapıçısı - Emil Balayev ("Tobol")

Mövsümün məyusluğu - Xan Çjon Vu ("Kayrat")

Mövsümün sürprizi - "Okjetpes"

Mövsümün kəşfi - Aybol Abiken ("Kayrat")

Mövsümün qolu - Toxtar Janqılışbay ("Ordabasi")

 

Qeyd edək ki, Emil Balayevin şərəfini qoruduğu "Tobol" mövsümü 4-cü pillədə başa vurub.







Xəbər news