6 dekabr 2025. Şənbə

Qalatasaray'ın futbolçusu yenə heyətə alınmadı


Qalatasaray'ın futbolçusu yenə heyətə alınmadı
“Brügge” klubunda Mbaye Diaqne ilə bağlı qalmaqal hələ də davam edir.

Corner.az xəbər verir ki, seneqallı futbolçu ölkə çempionatının 16-cı turu çərçivəsində “Ostende” ilə oyun üçün heyətə daxil edilməyib.
 
Bu barədə komandanın baş məşqçisi Filip Klement məlumat verib. O, bunu belə izah edib: “Diaqne “Şarlerua” ilə yoxlama oyununda meydanda oldu. Artıq məşqlərə də qatılır. Amma “Ostende” ilə oyunda forma geyinməyəcək. Çünki PSJ ilə oyunda yaşananlar utandırıcı idi. İndi özünü isbatlamaq üçün məşqlərdə çox yaxşı çalışmalıdı. Məni fikrimdən döndərə bilsə, heyətə qaytarılacaq. Hələlik isə ona heyətdə yer yoxdu”.
 
Bu, 28 yaşlı futbolçu tərəfindən yenə sərt qarşılanıb. O, məsələ bağlı “İnstaqram” hesabında bunları yazıb: “Ehtiyacları olduğu halda belə məndən istifadə etmirlər. Bunu qəbul edə bilmirəm. Danışmaq üçün doğru vaxtın gələcəyinə inanıram. Səssizlik mənim üçün ən yaxşı intiqamdı”.
 
Qeyd edək ki, Diaqne ilə bağlı qalmaqal Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ-yə  0:1 hesabıyla uduzduğu həmin qarşılaşmanın 76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma bu vaxt seneqallı hücumçu komandanın kapitanı və əsas penalti vuran futbolçusu Hans Vanakenin 11 metrlik zərbəni yerinə yetirməsinə imkan verməyib.Meydandakı bu anlaşılmazlıq oyundan sonra davaya çevrilib. 
 
Əlavə edək ki, müqavilə ilə “Qalatasaray” klubuna məxsus olan Diaqne, “Brügge”də icarə əsasında çıxış edir.






Xəbər news