6 dekabr 2025. Şənbə

Maradonanın istefası qəbul edilmədi


Maradonanın istefası qəbul edilmədi
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona "Ximnasiya" klubundakı işini davam etdirəcək.

Corner.az xarici mətbuatına istinadən xəbər verir ki, argentinalı məşqçinin istefası klub rəhbərliyi tərəfindən qəbul edilməyib.

59 yaşlı mütəxəssis klubun prezidenti Qabriel Pelleqrinoya vəzifəsindən getmək istədiyi üçün istefa verdiyini bildirmişdi. Klub rəhbəri isə Maradonanın bu addımını qəbul etməyib.

Qeyd edək ki, Maradona sentyabrdan çalışdırdığı Argentina təmsilçisini 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub  ayrılıb. 





Xəbər news