6 dekabr 2025. Şənbə

SOCAR Fənərbaxça'nın sponsoru olur?


SOCAR Fənərbaxça'nın sponsoru olur?

“Fənərbaxça” brend adının dəyişəcəyi haqda sosial mediada yayılan xəbərlərə münasibət bildirib.

Corner.az-ın haber.com saytına istinadən məlumatına görə, klubun rəsmi açıqlamasında bildirilib ki, “Fənərbaxça”nın adının 15 il müddətinə satılacağı ilə bağlı danışıqlara başlanılmasına dair xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün Türkiyənin bəzi media orqanlarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Fənərbaxça” ilə danışıqlara başladığı və tərəflər arasında danışıqların sürətlə davam etdiyi iddia olunub. Bildirilib ki, əgər razılıq əldə olunarsa, klubun adı ya "Fənərbaxça SOCAR", ya da "SC Fənərbaxça" olacaq. Müqavilənin 15 ili əhatə etməsi gözlənilir ki, bu, Superliqa təmsilçisinə 450 milyon avro qazandıra bilər

Əlavə edək ki, Türkiyə KİV-i bir müddət əvvəl SOCAR-ın "Trabzonspor"a sponsorluq edə biləcəyini yazmışdı.







Xəbər news