Ukrayna Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Zarya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 15 turdan sonra 27 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.