12 may 2026. Çərşənbə axşamı

Bülənt Qorxmaz yenidən Bakıda – FOTO


Bülənt Qorxmaz yenidən Bakıda – FOTO

Əfsanəvi türk futbolçusu Bülənt Qorxmaz Bakıya gəlib.

Corner.az-ın xəbərinə görə, o, paytaxtımıza səfəri ilə bağlı şəkilləri özünün rəsmi İnstaqram səhifəsində paylaşıb. Hələlik səfərin məqsədi və kim tərəfdən həyata keçirilməsi haqda məlumat yoxdur. Amma səfərin onun yenidən Azərbaycanda işləməsi ilə əlaqəli olması istisna deyil.

Əlavə edək ki, Bülənt Qorxmaz bugünlərdə Türkiyə superliqa təmsilçisi “Antalyaspor”dan gözlənilmədən istefa verib.

Xatırladaq ki, o, 2009-10-cu illərdə “Bakı” klubunu da çalışdırıb.(qol)








Səhifənin yuxarısına keçidYuxarı







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı