- Xəbər news
- 21:58 14.03.2026
"Yuventus"un və Argentinanın futbolçusu Paulo Dibala iki komanda yoldaşı - Lionel Messi və Kriştiano Ronaldo haqa danışıb.
Corner.az-ın "El Pais"ə istinadən xəbərinə görə, 26 yaşlı hücumçu hər iki futbolçuya böyük hörməti olduğunu deyib: "Futboldan kənarda ikisi də sakitdir, amma meydanda canavara bənzəyirlər. Luis Skola Messi və Ronaldonun meydana ən yaxşı olduqlarına əmin şəkildə çıxdığını və buna görə də ən yaxşılar sırasında yer aldığını söyləmişdi. Onun bu fikrinə qatılıram. Dostlarım mən həm millidə, həm də klubda ən güclülərlə oynadığımı xatırladıb şanslı olduğumu söyləyirlər. Bu, mənim üçün bir üstündür. Ən yaxşılarda oynamağı kim istəməz ki?".
Qeyd edək ki, Messi Dibalanın millidəki, Ronaldo isə "Yuventus"dakı komanda yoldaşıdır.