- Xəbər news
- 14:29 10.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Barcelona-nın futbolçusu Jerar Pike sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib.
Corner.az Goal.az-a istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçini bununla əlaqədar həbs cəzası gözləyir.
Belə ki, Pike Barselona şəhərində polislər tərəfindən saxlanılıb. İspaniya qanunlarına əsasən, sürücü 12 maksimum balını itirəcəyi təqdirdə, sürücülük hüququndan avtomatik məhrum edilir. Təcrübəli oyunçu bir müddət öncə yol hərəkəti qaydasını pozduğu üçün məhz bu cəza ilə üzləşib. Lakin Pike yenə avtomobil sürməkdə davam edib.
Bu qayda pozuntusu ona 6 aylıq həbs və 6 min avro cərimə bahasına başa gələ bilər.